Almaniyanın qərbindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzet partlayışın Kastrop-Rauxel şəhərindəki yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexinin emalatxanasında baş verdiyini bildirir. Təmir zamanı yanacaqdoldurma məntəqəsinin yük maşınının alovlandığı və partladığı ehtimal olunur.
"Hadisə yeri Vestrinq küçəsindəki sənaye zonasında yerləşir. Ağır yaralanan iki nəfərdən əlavə, daha iki nəfər yüngül xəsarət alıb", - məlumatda deyilir.
Yanğınsöndürmə və xilasetmə xidmətləri hazırda hadisə yerində işləyir, xeyli sayda insan və texnika cəlb olunub.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
