İndoneziyada timsah plantasiya işçisini çaya sürükləyib

İndoneziyada timsah plantasiya işçisini çaya sürükləyib backend

 İndoneziyanın Makassar şəhərində yerli yağlı palma plantasiyasından bir işçini timsah çaya sürüyüb.

Qaziler.az bildirir ki, bu barədə "Borneo Post" qəzeti 31 oktyabrda məlumat yayıb.

"Yağlı palma plantasiyası işçisi timsahın vəhşi hücumuna məruz qalıb və heyvan onu çaya sürükləyib", - qəzet xəbər verir 

Nəşrin məlumatına görə, 47 yaşlı kişi pestisid çiləyicisini doldurmaq üçün su gətirməyə gedərkən timsah ona hücum edib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Kişinin cəsədi hələ tapılmayıb.

QAZİLER.AZ