Polşada naməlum silahlı şəxslər məktəb binasına atəş açıblar

Polşada naməlum silahlı şəxslər məktəb binasına atəş açıblar backend

Polşada məktəb binası atəşə tutulub. Xəsarət alan olmayıb. Məktəbin pəncərələri sınıb.

Polşanın Opole voyevodalığının Vlodar şəhərindəki yerli məktəb binasına bir neçə atəş açılıb.

Qaziler.az bildirir ki, bu barədə RMF24 radiosu oktyabrın 30-da məlumat verib.

"Bir neçə dəfə atəş açılıb. Hadisə ilə əlaqəsi ola biləcək bir kişi saxlanılıb. Polis həmçinin məktəbdə baş verən atışmada istifadə edildiyi iddia edilən silahı da əldə edib", - deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, məktəb rəhbərliyi uşaqların evə aparılmasını istəyib. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

QAZİLER.AZ