Rusiya Suriyadakı hərbi bazaya uçuşları bərpa edib

Rusiya Suriyadakı hərbi bazaya uçuşları bərpa edib backend

Rusiya Federasiyası Suriyada hökumət dəyişikliyi səbəbindən altı aylıq fasilədən sonra Suriyanın Latakiya əyalətindəki Xmeymim Hava Bazasına hərbi uçuşları bərpa edib.

Qaziler.az xəbər verir ki, “Bloomberg” bu barədə uçuş izləmə veb saytı “Flightradar24”ün məlumatlarına və Kremlə yaxın mənbəyə istinadən məlumat verib.

“Flightradar24”ün məlumatına görə, bazanın yerləşdiyi Latakiyaya ən azı iki Rusiya təyyarəsi yola düşüb. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-62M nəqliyyat təyyarəsi 26 oktyabrda Liviyadan Latakiyaya, sonra Moskva bölgəsinə yola düşüb. Nəşr bildirir ki, ağır tonnajlı An-124-100 “Ruslan” təyyarəsi 24 oktyabrdan bəri hava limanına üç dəfə gəlib, son uçuş isə çərşənbə günü baş tutub", - deyə məlumatda bildirilib.

QAZİLER.AZ