HƏMAS bu gün iki girovun cəsədini İsrailə təhvil verəcək

HƏMAS bu gün iki girovun cəsədini İsrailə təhvil verəcək backend

Fələstinin HƏMAS hərəkatı 30 oktyabrda iki girovun cəsədini İsrailə təhvil verəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb. Qeyd olunub ki, məhbuslar Qəzza zolağında döyüşlər zamanı öldürülüblər.

Daha əvvəl Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına hava hücumlarında 104 nəfərin öldüyünü bildirmişdi. 28 oktyabr axşamından bəri həyata keçirilən hücumların qurbanları arasında 46 uşaq və 20 qadın var. Müxtəlif dərəcəli xəsarət alan fələstinlilərin sayı 253-ə çatıb.

ABŞ prezidenti Donald Tramp öz növbəsində bildirib ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına cavab zərbələri atəşkəsi pozmur. O, İsrail ordusunun hücum etmək hüququna malik olduğunu iddia edib. Buna səbəb kimi o, İsrail əsgərinin Fələstin anklavında öldürülməsini göstərib.

QAZİLER.AZ