Krımda “Telegram” və “WhatsApp” məhdudlaşdırılıb

Krımda “Telegram” və “WhatsApp” məhdudlaşdırılıb backend

Krımda “Telegram” və “WhatsApp” mesajlaşma tətbiqləri qismən məhdudlaşdırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” regional telekommunikasiya operatoru “Volna”ya istinadən məlumat yayıb.

"Roskomnadzor bu tətbiqləri bloklamaq üçün tədbirlər görür və bu, Rusiyadakı bütün operator və provayderlərin abunəçilərinə aiddir", - açıqlamada qeyd olunub.

Krım İnformasiya Nazirliyinin məlumatına görə, sakinlərə əsas media kanallarına, hökumət səhifələrinə və “Volna” kanalı da daxil olmaqla digər informasiya kanallarına daxil olmağa imkan verən “Max” messencerini yükləmələri tövsiyə olunur.

QAZİLER.AZ