Britaniya Suriyanı bombaladı: Almaniya start vəziyyətində!

Britaniya Suriyanı bombaladı: Almaniya start vəziyyətində! backend

Böyük Britaniya Hərbi Hava Qüvvələri Suriyada İŞİD mövqelərini bombalayıb. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Tornado qırıcılar ölkə parlamentinin Suriyada hava əməliyyatlarının keçirilməsini təsdiqlədikdən iki saat sonra səmaya qalxıblar.


Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, qırıcılar ilk bombardmanı həyata keçirdikdən sonra geri qayıdıblar. Nəticələr barədə isə bir müddət sonra məlumat veriləcəyi qeyd edilib.

Məlumatda bildirilir ki, parlamentdə keçirilən debatlar zamanı ingilis təyyarələri Kiprdəki aviabazalardan birində hazır vəziyyətə gətiriliblər. Sayları açıqlamayan Tornadoların hər birində 3 bomba olub. Onlardan ikisi 3 saatdan sonra bazaya sursatsız qayıdıb.

Britaniya ötən il İraqda keçirilən antiterror əməliyyatlarına da qatılıb. Suriyada keçirilən əməliyyatlarda isə ölkənin müxalifəti ilə hazırkı hökuməti arasında fikir ayrılığı olub. Baş nazir Kemeron bu əməliyyatların genişləndirilməsinin tərəfdarı olub.

Xatırladaq ki, Suriyada anti-İŞİD əməliyyatına Almaniyanın da qoşulacağı gözlənilir.


Diaspora