Hindistan ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının təsirini öyrənir

Hindistan ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının təsirini öyrənir backend

Hindistan Rusiyanın neft sektoruna tətbiq edilən yeni ABŞ sanksiyalarının təsirini öyrənir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə bildirib.

"Biz bu sanksiyaların təsirini öyrənirik", - deyə o bildirib.

Caysval əlavə edib ki, Hindistan dəyişən şərait və qlobal bazar dinamikasını nəzərə almaqla hərəkət edəcək. O bildirib ki, Nyu-Dehli bu məsələdə vətəndaşlarının maraqlarını rəhbər tutur və onların əlverişli enerjiyə malik olmasını təmin edir.

Oktyabrın 17-də ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya neftini almağı dayandıracağını açıqlayıb.

QAZİLER.AZ