Estoniya parlamenti rəsmi tədbirlərdən kənarda Ukrayna bayrağı da daxil olmaqla xarici simvolların istifadəsinin qadağan edilməsini təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Postimees” məlumat yayıb.
Təşəbbüsün müəllifləri olan estoniyalı deputatlar izah ediblər ki, həmrəylik yalnız hökumət binalarında bayraqların asılması ilə deyil, müxtəlif yollarla ifadə edilə bilər.
“Həmrəylik dövlətimizi və milli ləyaqətimizi təhqir edən şəkildə ifadə edilməməlidir. Məsələ Ukrayna bayraqları ilə bağlı deyil, prinsiplə bağlıdır", - deyə deputat Varro Vooqlayd qeyd edib.
QAZİLER.AZ



