Kreml Vaşinqtondan nüvə silahı sınaqları keçirmək planları ilə bağlı heç bir bildiriş almayıb.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, sözügedən məsələ ilə bağlı suala “Xeyr” deyə cavab verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pentaqona "digər nüvə güclərinin" hərəkətlərini əsas gətirərək dərhal sınaqlara başlamağı əmr edib. Bu, Rusiya prezidenti Vladimir Putinin "Burevestnik" raket sınağı barədə açıqlaması fonunda baş verib.
QAZİLER.AZ



