Tramp Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib

Tramp Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib backend

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Müharibə Nazirliyinə nüvə silahı sınaqlarına dərhal başlamaq barədə göstəriş verib.

"Report"un məlumatına görə, bu barədə Tramp "Truth" sosial mediasında yazıb.

Onun sözlərinə görə, ABŞ ən böyük nüvə silahı arsenalına malikdir.

"Rusiya ikinci, əhəmiyyətli dərəcədə geridə qalan Çin isə üçüncü yerdədir, lakin beş il ərzində bərabərləşəcək. Digər ölkələr tərəfindən həyata keçirilən sınaq proqramlarını nəzərə alaraq, mən Müharibə Nazirliyinə bizim nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq",- deyə Tramp vurğulayıb.