Braziliyada Rio-de-Janeyro ştatının Ombudsmanı “Qırmızı komanda” dəstəsinə qarşı keçirilən polis əməliyyatında 132 nəfərin öldüyünü təsdiqləyib.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
"Son yeniləmə: 132 nəfər ölüb", - mənbə dəqiqləşdirib.
Oktyabrın 28-də 2500-dən çox hüquq-mühafizə orqanının əməkdaşı Rio-de-Janeyronun şimalındakı “Qırmızı komanda” dəstəsinin üzvlərinin həbsi üçün əməliyyatda iştirak edib. Hüquq-mühafizə orqanları dəstənin nəzarətində olan ərazilərə 100 nəfərin həbs qərarını icra etmək üçün gəliblər, lakin şiddətli müqavimətlə qarşılaşıblar.
Oktyabrın 29-da Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastro bildirib ki, onlarla insanın ölməsinə baxmayaraq, dəstələrə qarşı keçirilən polis əməliyyatı uğurlu olub.
QAZİLER.AZ



