Ukrayna Kubadakı səfirliyini bağlayır və ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır.
Qaziler.az Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
"Bu il Havanadakı səfirliyimizi bağlamaq və diplomatik münasibətlərimizin səviyyəsini aşağı salmaq qərarına gəldik", - Ukrayna XİN başçısı bildirib.
Diplomat həmçinin qeyd edib ki, Ukrayna ABŞ-ın Kubaya qarşı embarqosuna son qoymasını tələb edən BMT Baş Assambleyasının qətnaməsinə qarşı səs verib.
Ukrayna Xarici İşlər Nazirliyi Kuba ilə Rusiya Federasiyası arasındakı yaxın münasibətləri nəzərə alaraq bu addımın ani olmadığını vurğulayıb.
QAZİLER.AZ



