Suriya hakimiyyəti Kosovonu rəsmi olaraq suveren dövlət kimi tanıyıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS qgentliyi Suriya Ərəb Respublikasının keçid hökumətinin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Suriya Ərəb Respublikası Kosovo Respublikasını müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını bəyan edir", - bəyanatda deyilir.
Dəməşq həmçinin Priştina ilə diplomatik münasibətlərin tez bir zamanda qurulmasına ümid etdiyini bildirib.
7 fevral 2008-ci ildə Kosovo parlamenti birtərəfli qaydada Serbiyadan ayrılaraq müstəqilliyini elan etdi. Növbəti il konstitusiya qəbul edildi.
Serbiya hesab edir ki, regionun müstəqilliyinin tanınması beynəlxalq hüquqa, o cümlədən Serbiyanın ərazi bütövlüyünün qorunmasını nəzərdə tutan Təhlükəsizlik Şurasının 1999-cu il tarixli 1244 saylı qətnaməsinə ziddir. Respublika konstitusiyasına görə, Kosovo ölkənin bir hissəsidir.
QAZİLER.AZ



