ABŞ prezidenti Donald Trampın istifadə etdiyi sosial şəbəkə idman tədbirləri və prezident seçkilərinə mərc qəbul etməyə başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı yazır.
Nəşr bildirir ki, ABŞ prezidenti heç nəyə baxmayaraq, pul qazanmağa davam edir. İndi onun platforması olan “Truth Social” seçkilərə və idman nəticələrinə mərclər təklif edir.
Jurnalın məlumatına görə, “Tramp Media & Technology Group” idman və siyasi seçkilər kimi cari hadisələrə mərc təklif etmək planlarını açıqlayıb. Şirkət Trampın sosial mediadan və KİV-dən asılı olmayaraq dünya ilə ünsiyyət qurduğu “Truth Social” platformasını idarə edir.
QAZİLER.AZ



