ABŞ sahillərində bir gündə iki dəfə zəlzələ olub

ABŞ sahillərində bir gündə iki dəfə  zəlzələ olub backend

ABŞ-ın Oreqon ştatının sahillərində iki dəfə zəlzələ hadisəsi baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

USGS-in məlumatına görə, 4.8 bal gücündə ilk zəlzələ UTC vaxtı ilə saat 13:42-də (Bakı vaxtı ilə saat 17:42), təxminən 10.000 nəfər əhalisi olan Nyuport şəhərindən təxminən 456 km məsafədə qeydə alınıb. Zəlzələni episentri 10 km dərinlikdə yerləşib. Növbəti 5.4 bal gücündə zəlzələ UTC vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 18:00), eyni dərinlikdə, Nyuportdan təxminən 434 km məsafədə baş verib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

QAZİLER.AZ