Litva Belarusla sərhədini bağladı

Litva Belarusla sərhədini bağladı backend

Litva Belarusla sərhədini bir ay müddətinə bağlayıb.

Litva hökuməti Belarusla sərhədin bağlandığını elan etdi. Bu qərar 30 oktyabrdan 30 noyabra qədər qüvvədə olacaq və uzadılma ehtimalı da var.

Qaziler.az bildirir ki, bu barədə LRT məlumat yayıb.

Daxili İşlər naziri Vladislav Kondratoviçyusun sözlərinə görə, Şalçininkay sərhəd keçid məntəqəsi tamamilə bağlanacaq, Medininkay isə müəyyən istisnalarla fəaliyyət göstərəcək.

"Diplomatlar, Kalininqraddan tranzit sərnişinlər, Litvaya qayıdan vətəndaşlar, Avropa Birliyi, NATO ölkələri vətəndaşları və onların ailə üzvləri bu sərhəddən keçə biləcəklər. Litvada yaşayış icazəsi olan şəxslər də Dövlət Sərhəd Xidmətinin qərarına əsasən humanitar keçidlər ala biləcəklər", - nazir qeyd edib.

QAZİLER.AZ