Ukrayna, müttəfiqlərinin köməyi ilə belə, Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi bütün əraziləri geri ala bilməyəcək.
Qaziler.az bildirir ki, RBC-Ukrayna-ya istinadən verdiyi məlumata görə, bunu İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
"Bu gün hər kəs Ukraynanın 2014-cü ildə və 2022-ci ilin fevral ayından sonra itirdiyi əraziləri geri almağı qeyri-mümkün hesab edir. Rusiya onları heç vaxt güzəştə getməyəcək və Ukraynanın, hətta bizim köməyimizlə belə, onları geri almağa gücü çatmayacaq", - Krosetto deyib.
Onun sözlərinə görə, Rusiya diktatoru Vladimir Putin geri çəkilə bilməz, qismən də ona görə ki, o, konstitusiyanı dəyişdirərək işğal olunmuş əraziləri hər mənada "Rusiyanınkı" adlandırıb və bununla da özünü danışıqlar apara bilməyəcəyi vəziyyətə salıb.
QAZİLER.AZ



