Taylandda matəm səbəbindən qara geyimə tələbat kəskin artıb
Taylandda, Tayland monarxı Maha Vaçiralonqkornun (X Rama) anası kraliça Sirikitin ölümü ilə bağlı yas mərasimi qara geyimlərə tələbatın artmasına səbəb olub.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" oktyabrın 28-də məlumat yayıb.
"Taylandda pərakəndə satış şirkətləri qara geyimlərə olan tələbatı ödəməkdə çətinlik çəkir, çünki insanlar kraliça-ana Sirikitin ölümü ilə bağlı yas tuturlar", - məlumatda deyilir.
Qeyd olunur ki, hökumət dövlət qulluqçularını bir il, digər vətəndaşları isə 90 gün yas paltarı geyinməyə çağırıb.
Məlumatda bildirilir ki, kraliça Sirikiti millətin anası idi. Buna görə bütün Taylandlılar yas tutur
QAZİLER.AZ



