Moldova Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi Kişinyovdakı "Rus Evi"nin bağlanması və Moskva ilə mədəniyyət mərkəzlərinin fəaliyyətinə dair müqavilədən çıxmaq üçün bütün lazımi sənədləri hazırlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Moldova 1” telekanalında xarici işlər naziri Mihay Popşoy bildirib.
"Mərkəzin fəaliyyət göstərdiyi müqavilə 1998-ci ildə imzalanıb. Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin həmkarları bu müqavilənin uzadılmamasını təmin etmək üçün bütün lazımi materialları hazırlayıblar", - XİN başçısı bildirib.
O əlavə edib ki, bu məsələ yeni hökumət formalaşdıqdan sonra həll olunacaq. Nazirlər Kabineti müqavilənin uzadılmamasını təsdiqləsə, prezident Maya Sandunun partiyasının çoxluq təşkil etdiyi parlament təşəbbüsün lehinə və ya əleyhinə səs verəcək. Bundan sonra dövlət başçısının fərman imzalayacaq.
QAZİLER.AZ



