Trampın Xirosima və Naqasakinin bombalanması ilə bağlı dedikləri təəccüb yaradıb

Trampın Xirosima və Naqasakinin bombalanması ilə bağlı dedikləri  təəccüb yaradıb backend

ABŞ tərəfindən Xirosima və Naqasakinin bombalanmasına "kiçik münaqişə" səbəb olub və uzun müddətdir ki, Vaşinqton - Tokio arasındakı münasibətlər güclüdür.

Qaziler.az xəbər verir ki, RİA “Novosti” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunu Yaponiyaya səfəri zamanı bildirib.

Oktyabrın 28-də Donald Tramp və Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi nadir torpaq materialları və vacib mineralların tədarükünün təmin edilməsi barədə müqavilə imzalayıblar.

ABŞ lideri hazırda üç günlük işgüzar səfərdədir. Tramp bir gün əvvəl Yaponiya imperatoru Naruhito ilə görüşüb.

QAZİLER.AZ