Ukrayna PUA-larının 1%-dən azı hədəflərinə çatır - Şoyqu

Ukrayna PUA-larının 1%-dən azı hədəflərinə çatır - Şoyqu backend

"Ukrayna Silahlı Qüvvələrinin PUA-larının 1%-dən azı Rusiyada hədəflərinə çatır".

Qaziler.az bildirir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərlə söhbəti zamanı bildirib.

"Faiz baxımından danışsaq, PUA-ların 1%-dən azı hədəflərinə çatır, lakin 1%-dən azı yenə də bir nailiyyətdir", - deyə o bildirib.

Şoyqu əlavə edib ki, neft və qaz şirkətləri də daxil olmaqla, bütün Rusiya şirkətləri obyektlərini qorumaq üçün maksimum tədbirlər görürlər. Xüsusilə, onlar hava hədəflərini vurmaq üçün mobil yanğınsöndürmə qrupları yerləşdirirlər.

QAZİLER.AZ