“Dinc inkişaf ideyası Avrasiya üçün strateji istiqamətdir”.
Qaziler.az TASS-a istinadla bildirir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko III Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında səsləndirib.
"Əminəm ki, dinc, birgə inkişaf ideyası [Avrasiya üçün] strateji istiqamətdir, bizim səy göstərməli olduğumuz məqsəddir", - deyə Lukaşenko bildirib.
Eyni zamanda, Belarus lideri ölkəsinin dialoqa və Qərblə gərginliyin azaldılması istiqamətində atılan addımlara açıq olduğunu vurğulayıb.
Eyni zamanda, Lukaşenko Avropanın hazırda sülhə ehtiyacı olmadığından təəssüflənib. Belarus lideri qeyd edib ki, Avropa liderləri İkinci Dünya Müharibəsinin dəhşətlərini unudublar və silahlanmanın ölkələrini təhlükəsiz edə biləcəyinə inanmağa başlayıblar.
QAZİLER.AZ



