Ukraynada kimya olimpiadalarının qalibi narkotik laboratoriyası yaradıb

Ukraynada kimya olimpiadalarının qalibi narkotik laboratoriyası yaradıb backend

Vinnitsa polisi məktəbin keçirdiyi kimya olimpiadalarının keçmiş qalibi tərəfindən idarə olunan narkotik laboratoriyasını ifşa edib.

Qaziler.az xəbər verir ki, bu barədə Vinnitsa Vilayət Polis Rabitə İdarəsinin saytında məlumat verilib.

Müstəntiqlərin sözlərinə görə, 27 yaşlı şəxs külli miqdarda psixotrop maddələrin istehsalını və paylanmasını təşkil edib. O, narkotik laboratoriyasını şəxsi evində qurub. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 20 kiloqramdan çox psixotrop maddə, 100 kiloqramdan çox prekursor və təxminən 300 kiloqram kimyəvi reagent müsadirə ediblər.

Məhkəmə keçmiş olimpiada qalibini narkotik maddələrin qanunsuz istehsalı və paylanması, prekursorların saxlanması və narkotik laboratoriyası avadanlıqlarının qanunsuz ələ keçirilməsində günahkar bilib. O, əmlakı müsadirə olunmaqla doqquz il müddətinə azadlıqdan məhrum edilib.

QAZİLER.AZ