Hindistan Rusiyadan neft sifarişlərini dayandırıb - "Reuters"

Hindistan Rusiyadan neft sifarişlərini dayandırıb - "Reuters" backend

Bəzi Hindistan neft emalı zavodları ABŞ-ın yeni sanksiyaları fonunda Rusiyadan neft sifarişlərini dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Nəşr qeyd edib ki, ABŞ-ın ötən həftə (Rusiyaya qarşı) sanksiyalar tətbiq etməsindən sonra bir çox Hindistan neft emalı zavodu Rusiya nefti üçün yeni sifarişləri dayandırıb.

Agentliyin məlumatına görə, dövlətə məxsus “Indian Oil” Rusiya neftinin alışını dayandırmayacağını açıqlayıb.

Lakin, digər dövlətə məxsus neft emalı zavodu olan “Bharat Petroleum Corp”, Rusiya neftini əvəz etmək üçün dekabr partiyaları üçün 7-10 gün ərzində tender elan etməyi planlaşdırır.

"Mənbə əlavə edib ki, şirkət yalnız sanksiyalara məruz qalmayan şirkətlərdən Rusiya nefti alacaq", - Reuters yazır.

QAZİLER.AZ