"Dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi Avropa Birliyinin Rusiya ilə qarşıdurmada "möcüzə silahı"na çevrilib".
Qaziler.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Facebook” səhifəsində bildirib. O qeyd edib ki, Avropada saxlanılan Rusiya valyuta ehtiyatlarının istifadəsi ciddi münaqişəyə səbəb ola bilər.
"Brüsselin yeni "möcüzə silahı" var: Avropada Rusiya valyuta ehtiyatlarının ələ keçirilməsi və istifadəsi. Bu, Rusiya ilə Avropa arasında münaqişəyə səbəb, hətta müharibəyə hazırlıq mərhələsinə də çevrilə bilər”, - siyasətçi deyib.
QAZİLER.AZ



