Peskov Polşanı terrorizmə haqq qazandırmaqda günahlandırdı

Peskov Polşanı terrorizmə haqq qazandırmaqda günahlandırdı backend

"Moskva Polşanın Baş naziri Donald Tuskun Kiyevin Rusiya ərazisinə zərbə endirmək hüququ ilə bağlı açıqlamalarını terrorizmə haqq qazandırmaq kimi qiymətləndirir".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu cür açıqlamalara ilk növbədə Aİ və Avropa paytaxtları münasibət bildirməlidir

“Bəlkə də avropalıların yerində olan istənilən ağıllı insan terrorizmi haqlı çıxaran və digər dövlətlərin terror aktları törətmək hüququnu müdafiə edən bir dövlətlə bu qədər sıx ittifaq saxlamaqdan çəkinər”, - Peskov deyib

QAZİLER.AZ