Kamerun Konstitusiya Şurası (KŞ) rəsmi olaraq hazırkı prezident Paul Biyanı 12 oktyabr prezident seçkilərinin qalibi elan edib.
APA xəbər verir ki, bu barədə Kamerun Radio və Televiziyası məlumat yayıb.
KŞ-nin yaydığı məlumata görə Biya səslərin 53,66%-ni toplayıb və ardıcıl səkkizinci dəfə dövlət başçısı seçilib.
Qeyd edək ki, Kamerunda prezidentin səlahiyyət müddəti yeddi ildir.



