“Lukoyl” neft şirkəti ona tətbiq edilən məhdudiyyətlər səbəbindən beynəlxalq aktivlərini satmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə TASS şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Açıqlamada deyilir: "Bir sıra ölkələr tərəfindən şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu elan edir".
Şirkət nümayəndələri artıq potensial alıcılardan təklifləri qəbul etməyə və nəzərdən keçirməyə başlayırlar.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
