Suriya nümayəndə heyəti Moskvaya gedəcək

Suriya nümayəndə heyəti Moskvaya gedəcək backend

Suriya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti səfirliyin tam fəaliyyətini bərpa etmək üçün Moskvaya gedəcək.

Qaziler.az bildirir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi Suriya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu gün Suriya Xarici İşlər Nazirliyinin texniki nümayəndə heyəti konsulluq və inzibati xidmətlərin bərpası üçün hərtərəfli fəaliyyət planı hazırlamaq məqsədi ilə Rusiyaya yola düşür", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, oktyabrın 15-də Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa Moskvaya gəlib. Vladimir Putinlə görüş təxminən bir saat yarım davam edib.

QAZİLER.AZ