"Bu, Rusiya iqtisadiyyatına dərin təsir göstərib" - Kir Starmer

"Bu, Rusiya iqtisadiyyatına dərin təsir göstərib" - Kir Starmer backend

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etdikdən sonra Ukraynanın perspektivləri yaxşılaşıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini “Bloomberg” sitat gətirib.

Böyük Britaniya Baş nazirinin sözlərinə görə, ABŞ və AB sanksiyaları fonunda "vəziyyət yaxşılaşıb".

"Deyərdim ki, ən böyük nailiyyət sanksiyalar baxımından etdiklərimizdir. Biz bütün əsas neft şirkətlərinə sanksiyalar tətbiq etdik, sonra Tramp iki əsas neft şirkətinə sanksiyalar tətbiq etdi və AB bir neçə gün ərzində son sanksiyalar paketini açıqladı. Bu, Rusiya iqtisadiyyatına dərin təsir göstərib", - deyə Starmer bildirib.

QAZİLER.AZ