Somalinin milli aviadaşıyıcısı 33 illik fasilədən sonra uçuşları bərpa edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Mülki Aviasiya naziri Məhəmməd Fərəh Nuh bildirib.
"Somali xalqı ilə xoş xəbəri bölüşmək istəyirəm: Somali Hava Yolları bu ilin sonuna qədər rəsmi olaraq fəaliyyətini bərpa edəcək", - nazir deyib.
O əlavə edib ki, hökumət "qonşularının standartlarına uyğunlaşmağa" çalışmaq üçün ölkədə 15 hava limanını təmir edir. Bəzi layihələr artıq həyata keçirilmənin qabaqcıl mərhələsindədir.
QAZİLER.AZ



