Almaniya 2026-cı ildə quru, hava, dəniz, kosmik və kibertəhlükəsizlik qüvvələri üçün avadanlıqların alınmasına 377 milyard avro xərcləməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə “Politico” bir sənədə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Almaniya yeni silah və hərbi texnikanın hazırlanması üçün təxminən 320 layihəyə başlayacaq Onlardan 178-i üçün podratçılar artıq təyin edilib. Siyahıdakı firmaların təxminən 160-ı alman şirkətidir.
2035-ci ilə qədər Almaniya Silahlı Qüvvələri 687 “Puma” piyada döyüş maşını, 561 “Skyranger 35” hava hücumundan müdafiə sistemi, bir neçə milyon qumbara və tüfəng, 396 raketli 14 IRIS-T SLM yer-hava raket sistemi və 300 IRIS-T LFK qısa mənzilli raket almağı planlaşdırır. Bu satınalmaların ümumi dəyəri təxminən 4,2 milyard avro olaraq qiymətləndirilir.
12 ədəd LUNA NG pilotsuz təyyarəsi, “IAI Heron” kəşfiyyat pilotsuz təyyarələri üçün sursat və dörd “uMAWS” dəniz pilotsuz təyyarəsi üçün ayrıca büdcə ayrılacaq. Xarici satınalmalara həmçinin təxminən 1,15 milyard avro dəyərində 400 ədəd Amerika “Tomahawk Block Vb” raketi və 220 milyon avro dəyərində üç “Typhon” buraxılış qurğusu daxildir.
QAZİLER.AZ



