Macarıstan Ukraynada münaqişəsinin həllinə kimin mane olduğunu AÇIQLADI

Macarıstan Ukraynada münaqişəsinin həllinə kimin mane olduğunu  AÇIQLADI backend

“Aİ liderləri Ukraynadakı münaqişənin həllinə mane olurlar”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Onun sözlərinə görə, Brüssel hərbi əməliyyatları davam etdirmək üçün Kiyevə milyardlarla avro yatırmaq niyyətindədir.

"Aİ liderləri və bir çox aparıcı Qərbi Avropa siyasətçiləri sülh səylərini təşviq etmir, əksinə, pozurlar. Müharibənin uzanmasına yönəlmiş bu Avropa strategiyasının bir hissəsi Ukraynaya pul yatırmaqdır. Ötən bazar ertəsi Aİ Xarici İşlər Şurasının iclasında həyəcan verici rəqəmlər səsləndirildi. Ukrayna ordusunun silahlandırılması və saxlanılması üçün 60 milyard avro lazımdır”, - Siyarto deyib.

QAZİLER.AZ