Finlandiyanın cənubundakı Lappenranta hava limanı 2025-ci ilin sonuna qədər fəaliyyətini dayandıracaq.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Hava limanı bu məhdudiyyəti Rusiyadan gələn turistlərin azlığı ilə əlaqələndirib. Lakin onlar vaxtaşırı uçuşların həyata keçirilməsi ehtimalını istisna etməyiblər.
“30 oktyabrdan 31 dekabra qədər aerodrom idarəetmə qülləsi bağlanacaq və yaxınlaşma nəzarəti təmin edilməyəcək”, - agentlik deyib.
Agentlik qeyd edib ki, Rusiyadan turist axınının azalması ilə bağlı yaranmış maliyyə problemləri səbəbindən Lapenranta hava limanının bağlanması ehtimalı barədə əvvəllər də məlumatlar yayılmışdı. 2011-ci ildə bu hava limanı sərnişin axınına görə Finlandiya beynəlxalq hava limanları arasında beşinci yeri tuturdu və ziyarətçilərin əksəriyyəti Sankt-Peterburqdan gəlirdi.
QAZİLER.AZ



