Litva bəzi vətəndaşlar üçün Belarusla sərhədini açıb

Litva bəzi vətəndaşlar üçün  Belarusla sərhədini açıb backend

Litva müəyyən kateqoriyaya aid vətəndaşların Belarus sərhədindəki “Myadininkay” sərhəd keçid məntəqəsindən keçməsinə icazəni bərpa edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 25-dən etibarən artıq diplomatlar, Kalininqrad vilayətinə tranzit səyahət edənlər, Litva və Aİ vətəndaşları və respublikada yaşayış icazəsi olan şəxslər sərhədi keçə bilirlər.

Litva sərhədin bu hissəsindən aşağıdakı kateqoriyalı insanların keçməsinə icazə vermək niyyətindədir: diplomatlar və ya Litva diplomatik poçtunu daşıyan şəxslər; Belarusdan Kalininqrad vilayətinə və geri tranzitlə gələn səyahətçilər; Litva və Avropa İttifaqı vətəndaşları, onların ailə üzvləri, eləcə də Litvada yaşayış icazəsi olan şəxslər.

QAZİLER.AZ