Finlandiyanın Baş naziri Rusiya ilə sərhədlərin açılması ilə bağlı sualı cavablandırıb

Finlandiyanın Baş naziri Rusiya ilə sərhədlərin açılması ilə bağlı sualı cavablandırıb backend

Rusiya-Finlandiya sərhədinin yaxın gələcəkdə açılması mümkündür.

Qaziler.az bildirir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo bunu "Yle" televiziya kanalına verdiyi müsahibədə bildirib.

Baş nazir qeyd edib ki, Rusiya-Finlandiya sərhədini açmaq üçün Moskva, onilliklər ərzində, keçid məntəqələrinin bağlanmasından əvvəl olduğu kimi, Rusiyadan qanunsuz miqrantların girişinə qadağa qoymağı təmin etməlidir.

Finlandiya hökumətinin başçısı vurğulayıb ki, sərhəd qadağasını ləğv etmək üçün Rusiyanın əvvəlki təcrübələrə qayıtmaq niyyətini bəyan etməsi lazımdır, lakin Kreml tərəfindən belə bir təklif irəli sürülməyib.

QAZİLER.AZ