Böyük Britaniyanın Baş naziri Keir Starmer bu gün rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.
Teleqraf xəbər verir ki, Baş nazir Kir Starmeri Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Güler qarşılayıb.
Səfər çərçivəsində baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regional məsələlər və iqtisadi əlaqələrin gücləndirilməsi əsas müzakirə mövzuları olacaq.



