"Aviakon Tsitotrans" şirkətinə məxsus Rusiyanın İl-76TD hərbi nəqliyyat təyyarəsi göyərtəsində naməlum yüklə Venesuelaya gəlib.
Qaziler.az bildirir ki, bu barədə «Военный осведомитель» Telegram kanalı məlumat verir.
Uçuş izləmə xidməti FlightRadar24-ün məlumatına görə, təyyarə 22 oktyabrda Rusiyadan yola düşüb və Cənubi Amerikaya çatmazdan əvvəl Ermənistan, Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniyada bir sıra dayanacaqlar edib.
Qeyd olunur ki, "Aviakon Tsitotrans" 2023-cü ilin yanvar ayından bəri ABŞ sanksiyaları altındadır. ABŞ əvvəllər bildirib ki, aviaşirkət Rusiya müdafiə sənayesi müəssisələri ilə əməkdaşlıq edir və Venesuela da daxil olmaqla, hərbi yüklərin daşınmasında iştirak edir.
QAZİLER.AZ



