Yaponiyada ayı hücumları səbəbindən ayıdan bəhs edən filmin nümayişi təxirə salınıb

Yaponiyada ayı hücumları səbəbindən ayıdan bəhs edən filmin nümayişi təxirə salınıb backend

Yaponiyada rekord sayda ayı hücumu səbəbindən "Qəhvəyi ayı!!" trillerinin premyerası qeyri-müəyyən müddətə təxirə salınıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə Yaponiyanın "Yomiuri" qəzeti 24 oktyabrda məlumat verib.

Filmin istehsal komitəsi əvvəlcə 21 noyabra planlaşdırılan filmin nümayiş tarixinin təxirə salındığını bildirib.

Qəzet komitə nümayəndəsindən sitat gətirərək bildirib ki, "real dünyada davam edən zərər səbəbindən izləyicilərin filmdən rahatlıqla zövq ala bilməsi üçün nümayiş tarixini təxirə salmaq qərarına gəldik".

Qəzet qeyd edir ki, film ayının hücumuna məruz qalan bir işçi haqqında trillerdir.

QAZİLER.AZ