Rutte: Putinin pulu, ideyaları və əsgərləri tükənir - təzyiq artırılmalıdır

Rutte: Putinin pulu, ideyaları və əsgərləri tükənir - təzyiq artırılmalıdır backend

Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı müharibə zamanı çoxlu əsgər və pul itirib. İndi təzyiq artırılmalıdır.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu açıqlamanı NATO-nun baş katibi Mark Rutte "Qətiyyətlilər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransına deyib.

O qeyd edib ki, Putin Ukraynada böyük xərclərlə "marjinal qazanclar" əldə edir. Diktatorun dəlicəsinə apardığı müharibə nəticəsində yüz minlərlə rusiyalı həlak olur.

Bu arada, Ukrayna cəsarətli olaraq qalır və Qərbin dəstəyi işə yarayır.

"Həqiqət budur ki, Putinin pulu, ideyaları və əsgərləri tükənir. Prezident Tramp (ABŞ prezidenti Donald Tramp – red.) çox yaxşı deyib ki, onlar indiki vəziyyətdə dayanmalıdırlar. İndi Ukrayna üçün ədalətli sülhə nail olmaq üçün Rusiyaya təzyiqi artırmağın vaxtıdır", - Rutte əlavə edib.

QAZİLER.AZ