Gənc qadın ərini şorbaya görə bıçaqladı

Gənc qadın ərini şorbaya görə bıçaqladı backend

Qanada, Şərqi Qana bölgəsindən olan bir gənc həyat yoldaşı ilə nahar üstündə mübahisə edib və bıçaqlanıb.

Qaziler.az bildirir ki, bu barədə "Ghana Web" xəbər verir.

Hadisə 20 oktyabrda Maamaso qəsəbəsində baş verib. 29 yaşlı Kofi 21 yaşlı həyat yoldaşı Maafuadan ətli şorba bişirməsini istəyib və ona ərzaq almaq üçün pul verib. Qadın bazara gedib və ərinin verdiyi pulun ehtiyac duyduğu hər şeyi almağa kifayət etmədiyini anlayıb. Daha sonra yüngül tərəvəz şorbası üçün ərzaq alıb və qalan pulu sonraya saxlamaq qərarına gəlib.

Kofi Maafuanın istədiyi yeməyi hazırlamadığını anladıqda mübahisə edib. Mübahisə davaya çevrilib və bu zaman ər bıçağı götürüb. Lakin Maafua Kofinin əlindən silahı alıb onu vura bilib. Kofinin qardaşı otağa qaçıb, onu qan içində görüncə təcili yardım çağırıb.

Kofi hazırda ağır vəziyyətdə xəstəxanadadır.

Polis hadisəni araşdırır. Kofinin qardaşı iddia edir ki, Maafua onu qəsdən vurub. Qızıın həbs olunub-olunmadığı məlum deyil.

QAZİLER.AZ