Pentaqon ABŞ federal hökumətinin müvəqqəti bağlanması zamanı (şatdaun) işçilərə kompensasiya ödəmək üçün 130 milyon dollarlıq anonim ianə alıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
"23 oktyabrda Pentaqon 130 milyon dollarlıq anonim ianə alıb", - deyə Müdafiə Nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
Köməkçi ianənin "hərbçilərin əmək haqqı və müavinətlərinin xərclərini ödəmək üçün istifadə olunacağı" ilə bağlı edildiyini qeyd edib.
“Bloomberg”in hesablamalarına görə, bu məbləğ 1,3 milyon aktiv hərbi xidmətçinin xərclərinin yalnız kiçik bir hissəsini ödəyəcək. Belə ki, Pentaqon sentyabr ayında əmək haqqına təxminən 9,8 milyard dollar xərcləyib.
QAZİLER.AZ



