ABŞ narkotik kartellərinə qarşı yeni planını açıqladı

ABŞ narkotik kartellərinə qarşı yeni planını açıqladı backend

Pentaqon ABŞ Cənub Komandanlığı ərazisinə aviadaşıyıcı zərbə qrupu yerləşdirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin “X” sosial media platformasında paylaşılıb.

Nazirlik qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin “Gerald R. Ford” təyyarədaşıyan gəmisi narkotik kartellərinə qarşı əməliyyatlarda iştirak edəcək.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun Latın Amerikası ölkələrində narkotik kartellərinə qarşı quru əməliyyatları keçirə biləcəyini açıqlayıb.

QAZİLER.AZ