Rusiya Ukraynanın əsas limanlarından birinə zərbə endirib

Rusiya Ukraynanın əsas limanlarından birinə zərbə endirib backend

Rusiya Silahlı Qüvvələri ilk dəfə olaraq Ukraynanın Odessa bölgəsindəki “Yujnıy” limanına zərbə endirmək üçün hava bombalarından istifadə edib.

Qaziler.az xəbər verir ki, bu barədə rusiyalı hərbi bloqer Yuri Podolyaka “Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, “Yujnıy” limanı Ukraynanın əsas dəniz infrastruktur obyektlərindən biridir və Qərb silah və sursatlarının daşındığı yerdir.

"Bu yüklərin qəbulu imkanlarının məhv edilməsi hərbi kampaniyanın gedişatına təsir göstərə biləcək əhəmiyyətli amildir. Bu limanlar bloklanmalıdır. Gücləndiriciləri olan yeni 500 kq-lıq KAB-lar (500 kiloqramlıq idarə olunan hava bombaları) bu problemin həllinə çox kömək edə bilər", - Podolyaka qeyd edib.

Bloqerin sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarı Rusiya ordusunun "əl-qolunu açıb" və bunu “Yujnıy” limanının nümunəsində görmək olar.

QAZİLER.AZ