HƏMAS Qəzzanın yenidən qurulmasına kimin nəzarət edəcəyini AÇIQLADI

HƏMAS Qəzzanın yenidən qurulmasına kimin nəzarət edəcəyini AÇIQLADI backend

Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə xüsusi beynəlxalq komissiya nəzarət edəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qahirədə keçirilən danışıqlardan sonra Fələstin fraksiyaları məlumat verib.

"Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək üçün xüsusi beynəlxalq komissiya yaradılacaq", - orada bildirilib.

HƏMAS əlavə edib ki, anklavda səlahiyyət müstəqil texnokratlardan ibarət Fələstin komitəsinə veriləcək. Komitə beynəlxalq təşkilatlar və ərəb dövlətlərinin nümayəndələri ilə əlaqələndirilərək Qəzza sakinlərinin əsas ehtiyaclarını ödəməkdən məsul olacaq.

QAZİLER.AZ