Xorvatiyada hərbi xidmətə çağırış bərpa olunur

Xorvatiyada hərbi xidmətə çağırış bərpa olunur backend

Xorvatiyada hərbi xidmətə çağırış bərpa olunacaq. Xorvatiya Parlamentinin üzvləri artıq təklifi təsdiqləyiblər.

Qaziler.az xəbər verir ki, bu barədə Xorvatiyanın "Novi list" nəşri məlumat verib.

"Əsas hərbi təlim iki ay davam edəcək, ilk çağırış 2025-ci ilin sonuna qədər baş tutacaq və ilk çağırışçılar gələn ilin əvvəlində Knin, Slunj və Pojeqedəki kazarmalarda gözləniləcək", - məqalədə bildirilib.

Qeyd olunub ki, 19 yaş və yuxarı gənclər hərbi təlimə göndəriləcəklər. Onlara aylıq 1100 avro maaş ödəniləcək.

QAZİLER.AZ