ABŞ aviaşirkəti İsrailə uçuşları bərpa edir

ABŞ aviaşirkəti İsrailə uçuşları bərpa edir backend

ABŞ-nin “United Airlines” aviaşirkəti gələn həftə İsrailə uçuşları bərpa etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Kan” telekanalı məlumat yayıb.

Qeyd olunub ki təyinat yerləri və uçuş cədvəlləri yaxın günlərdə dərc olunacaq.

2023-cü ilin oktyabr ayında Fələstinin HƏMAS qruplaşması ilə İsrail arasındakı hərbi münaqişə səbəbindən bir neçə aviaşirkət İsrailə uçuşları dayandırmışdı. “United Airlines” da həmin şirkətlərdən biri idi.

QAZİLER.AZ