Ukraynada kimyəvi istehsal dayandırıla bilər

Ukraynada kimyəvi istehsal dayandırıla bilər backend

Ukraynada kimyəvi istehsal qaz təchizatı problemləri və elektrik enerjisinin olmaması səbəbindən dayandırıla bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri “Telegram” kanalında mənbəyə istinadən məlumat verib.

Nəşr qeyd edib ki, müəssisələrə artıq həm elektrik enerjisi, həm də qazla bağlı ciddi problemlər barədə xəbərdarlıq edilib.

"Regional səviyyədə şirkətlərə qaz kvotalarına hazırlaşmaq tapşırılıb. Kimyəvi istehsal, ehtimal ki, tamamilə dayandırılacaq, digərlərinin isə istehsalı kəskin şəkildə azalacaq", - deyə nəşr bildirib.

QAZİLER.AZ