ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı mövqeyini əsasən dövlət katibi Marko Rubionun arqumentləri sayəsində yenidən nəzərdən keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Nəşr qeyd edib ki, Rubio Moskvaya qarşı sərt mövqeyi ilə tanınır.
“Gözlənilməz dəyişiklik Moskvanın mövqeyində kifayət qədər dəyişiklik etmədiyi barədə ABŞ dövlət katibinin qiymətləndirməsindən sonra baş verib”, - məqalədə deyilib.
Nəşrin mənbələrinə görə, Rubio Rusiyanın siyasətini dəyişdirmək niyyətində olmadığı qənaətində olub. Bu da Trampın qərarında əsas rol oynayıb. Agentlik qeyd edir ki, bu dəyişiklik ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini icra edən Rubionun artan təsirini nümayiş etdirib.
QAZİLER.AZ



